adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 May 2023 20:30
231
SİYASƏT

Azərbaycanda ən çox kimə səs verilib?

Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 31.7% olub.

Hazırda səslərin 20%-i sayılıb. Bu nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 45.7%, CHP sədri Kemal Kılıçdaroğlu 54.29% səs toplayıb.

Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycanda 6650 Türkiyə vətəndaşı səs verib və seçici aktivliyi 60.26% təşkil edib. Yekun nəticələr aşağıdakı kimi olub:

Rəcəb Tayyib Ərdoğan - 49.42%

Kemal Kılıçdaroğlu - 41.92%

Sinan Oğan - 6.42%

Muharrem İnce - 2.24%