Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir sıra dövlət qurumları ilə birlikdə Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri ilə bağlı qayda üzərində işləyir.
Adalet.az xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
"Bu qayda ilə paralel olaraq, "Mitri Atack" platformasına bənzər təhdidlər və həllər kataloqu yaradılacaq. Bu kataloqda bütün mümkün risklər və onların həlli yollarından bəhs edən Azərbaycan dilli platforma olacaq. Bu platformadan mövcud risklərlə mübarizədə faydalana biləcəyik",- deyə o qeyd edib.
Digər Xəbərlər

Mobil telefonlar başa bəladır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTOLAR

Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib

General bağlanan sosial şəbəkə kanallarının sayını açıqladı

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
