Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək

“İstiliyin verilməsinın vaxtının dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək: “Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.
Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.
Digər Xəbərlər

Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib - VİDEO

Leysan olacaq, dolu düşəcək - SABAHIN HAVASI

“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirilib
