Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib - VİDEO
Gəncə şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində ödənişsiz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub. “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu tədbir Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən reallaşıb.
“Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına yönəlib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov, məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb.
O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir. Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb. Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb.
Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil olunduğunu qeyd edib. Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.
Digər Xəbərlər
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08
Qarlı hava ilə bağlı avtomobillərə nə qədər ziyan dəyib?
06 Yanvar 2026 15:04
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini də ziyarət etdi - FOTOLAR
06 Yanvar 2026 13:13
Sarı rəngə boyayıb kənd toyuğu adı ilə satırmışlar - RƏSMİ + FOTOLAR
05 Yanvar 2026 12:16
Sabah hava necə olacaq?
05 Yanvar 2026 12:01


Bakı -°C

