İctimai nəqliyyatdan istifadə etməyənlərin balansından niyə pul çıxılır? - AÇIQLAMA
Bəzi vətəndaşlar nə metrodan, nə də avtobusdan istifadə etmədiyi halda balanslarından pul çıxır. Bu hal metro və avtobuslarda NFC ödənişlərinin tətbiqindən sonra baş tutub.
Adalet.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, ödənişlər adətən gecə saatlarında tutulur. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu hal əksər insanların başına gəlib.
Bəs iddia nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC və AYNA-dan bildirildi ki, məsələnin onlarla əlaqəsi yoxdur.
BakıKart-dan isə qeyd edildi ki, səsləndirilən iddialar əsassızdır:
"Tətbiq edilən ödəniş sistemi həm birdəfəlik keçid, həm də gecikdirmə prinsiplərini əhatə edir. Birdəfəlik keçid funksiyası əsasında kart balansı müvəqqəti kifayət etmədiyi halda belə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilər. Balans bərpa edildikdən sonra isə ödəniş yenidən tutulur".
"BakıKart"dan qeyd edildi ki, belə hallarla rastlaşan sərnişinlər qaynar xəttə müraciət edə bilərlər. \milli.az
Digər Xəbərlər
05 Yanvar 2026 12:16
Sabah hava necə olacaq?
03 Yanvar 2026 17:10
Prezident və ailə üzvləri Şahdağda - FOTOLAR
03 Yanvar 2026 11:30
Leyla Əliyeva Hil kəndindən paylaşım etdi
03 Yanvar 2026 11:25
Bu rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
02 Yanvar 2026 14:10
DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR
02 Yanvar 2026 11:37
Bakı-Şamaxı yolunda son vəziyyət - VİDEO
02 Yanvar 2026 10:50
Bəzi rayonlarda qar yağır, külək güclənir - FAKTİKİ HAVA
01 Yanvar 2026 19:15


Bakı -°C

