adalet.az header logo
  • Bakı -°C
03 Yanvar 2026 11:30
123
MƏMLƏKƏT
A- A+

Leyla Əliyeva Hil kəndindən paylaşım etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Qusar rayonunun Hil kəndindən paylaşım edib.

Adalet.az xəbər verir ki, paylaşımda deyilir:

"Qusar rayonunun Hil kənd məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır".