Azərbaycanda koronavirus infeksiyasından 151 nəfər sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 151 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı 1940 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 27 min 685 test aparılıb. Bugünkü test sayı isə 7656-dir.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19