adalet.az header logo
  • Bakı -°C
17 Avqust 2026 17:45
66
GÜNDƏM
A- A+

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Azərbaycanda nikaha girən və boşananların sayı azalıb.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-iyun ayları ərzində 19 224 nikaha daxilolma qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 591 nikah azdır.

Ötən ilin altı ayı ilə müqayisədə boşanma hallarının sayı 10 350-dən 9 776-ya enib.