Azərbaycanda oyuncaqlarla bağlı dövlət standartı qəbul edildi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 71-4:2023 “Oyuncaqların təhlükəsizliyi – 4-cü Hissə: Kimya üçün təcrübə dəstləri və onunla əlaqədar fəaliyyətlər” dövlət standartı qəbul edib.
Qurumdan Adalet.az-a verilən məlumata görə, dövlət standartı 8 yaşına çatmış və ondan yuxarı yaş həddində olan uşaqlar üçün kimya üzrə təcrübə dəstlərində və əlaqədar fəaliyyətlərdə istifadə olunan müəyyən maddələrin və qarışıqların maksimum konsentrasiyasına dair tələbləri müəyyən edir.
Standard, həmçinin, bu növ məhsullara dair markalanma, tərkib üzrə siyahı, istifadəsinə dair təlimatlar, gözlərin qorunması vasitələri və təcrübərin aparılması üçün nəzərdə tutulmuş avadanlıqlar üçün tələbləri təyin edir.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:58
Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
29 Sentyabr 2026 10:27
2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər?
29 Sentyabr 2026 09:48
Manatın məzənnəsi ilə bağlı mühüm: Devalvasiya riski...
28 Sentyabr 2026 19:13
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
28 Sentyabr 2026 17:22
Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?
28 Sentyabr 2026 11:14
“Kredit bitməmiş kasıbın ömrü bitir”
28 Sentyabr 2026 10:37
“Bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür”
28 Sentyabr 2026 10:10


Bakı -°C

