Azərbaycanda qadın inək oğurladığına görə tutuldu - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr-dekabr ayları ərzində 3 rayonda mal-qara oğurlayan cinayətkar qrupun üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, Polis Şöbəsinə rayonun Soltankənd, Hacıhətəmli, Qoşakənd, Qurbanəfəndi, eləcə də şəhər ərazisində yerləşən evlərin həyətyanı sahələrindəki tövlələrdən ümumilikdə 12 baş iri və xırdabuynuzlu mal-qaranın oğurlanması barədə müraciətlər daxil olub. Keçirilən əməliyyat zamanı həmin cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Pirverdiyev, Radim Qədirov və Əfsanə Tarverdiyeva saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Onlar ifadələrində oğurluqları gecə saatlarında evlərdə heç kimin olmamasından əmin olduqdan sonra törətdiklərini bildiriblər. Əməllərini həyata keçirdikdən sonra isə istifadələrində olan "Ford" markalı yük avtomobili ilə Bakı şəhərinə apararaq orada Maştağa, Nardaran və Bülbülə qəsəbələrində satıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin Qəbələ və Göyçay rayonlarında da mal-qara oğurladıqları məlum olub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

