"Azərbaycanda qar uçqunları ola bilər" - Umayra Tağıyeva

Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər.
Adalet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
"Yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb. Ölkədə 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarmadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub", - deyə U.Tağıyeva bildirib.
Onun sözlərinə görə, növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq. Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzı saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər.
Digər Xəbərlər
29 Oktyabr 2025 11:00 17 yaşlı qız toy gecəsi öldü
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 

Bakı -°C 










