Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb – YENİLƏNİB

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.
Adalet.az xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.
Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.
08:21
Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.
Adalet.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.
Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Digər Xəbərlər

Leyla və Arzu Əliyeva ICESCO-nun regional ofisinin açılışını etdilər - FOTOLAR

AQTA ilə Səudiyyə Ərəbistanının bu nazirliyi arasında memorandum imzalanıb

Naxçıvanda içməli su təminatı ilə bağlı icraçı qurumların yerləri dəyişdirilib

Rövşən Rzayev kollegiya iclası keçirdi - Tapşırıqlar verdi

“Azərsun Holdinq” mükafata layiq görüldü
jpg-1745923543.jpg)
Bu savaş Ermənistanın silahlanmasına təsir edə bilər - PROQNOZ
jpg-1745917342.jpg)
Aİ üzvləri separatçıları həvəsləndirdi: Yeni "Evcik-evcik" oyunu
