30 Mart 2024 13:24
2209
MƏMLƏKƏT

Azərbaycanda sayı azalan təkcə eşşəkdir ki?- Bəs o biriləri niyə yazmırsınız?

Adəti üzrə mediamızı izləyəndə , kürd deməli, beyqafıl bir manşet qarşıma çıxdı: “Azərbaycanda eşşəklərin sayı kəskin azaldı”.
Ən çox baxdığım saytlardan olan Modern.az saytının məlumatıydı. Nəşr yazıb ki, Azərbaycanda son 1 il ərzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb:” 2024-cü ilin əvvəlində ölkəmizdə 14 924 baş eşşək olub.Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10 174-nün yaşı 3 və daha çoxdur.


Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb.
Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42,2 min, 2014-cü ildə 43,4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14,9 min olub.
İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var"

Düzünü deyim, indiyənə qədər eşşəklərimizin sayı ilə bağlı belə maraqlı məqaləyə rast gəlməmişdim. Xoşuma gəldi. Amma 2 iradım var. Bir -, Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən eşşək fermasının səlahiyyətli şəxsləri hara baxır? 2-cisi isə  Azərbaycanda sayı azalan nəsnələrdən danışırsınızsa, mütləq digər sayı azalmışlar da bura daxil edilməliydi.
Ötən ilin dekabırına dönək. Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Qarabağı tərk edən ermənilərin sayını şişirdərək 150 min nəfər olduğunu iddia edirdi. Maraqlıydı ki, ermənilər bu rəqəmi ya 100 min , ya da 120 min civarında dediyi halda Borell rəqəmi kəllə çarxa qaldırmışdı.

O günlərdən bizi artıq 4-5 ay ayırır. İndi həm də ürəklə deyə bilərik ki, Azərbaycanda son 1 il ərzində ermənilərin sayında ciddi azalma qeydə alınıb. 2023-cü ilin əvvəlində ölkəmizdə daha dəqiq Qarabağda 100 min və yaxud Borellin dediyi kimi 150 min erməni vardısa, indi s”arsax”ın prezidenti Samvel Şahramanyanın təbirincə desək, bu say 10-11 nəfərə qədər azalıb.
Yeri gəlmişkən, üzüldüm, sən demə, indiyənə qədər Azərbaycanda cinayətkar, separatçı, terrorçu ermənilərin sayı məsum, zəhmətkeş, siyasətə və ictimai hadisələrə qarışmayan, aranı qarışdırmayan eşşəklərin sayından dəfələrlə çox imiş... Çox təəssüf!

 Əntiqə Rəşid