Azərbaycanda tarixi abidə aşkarlanan ərazidə məktəb tikintisi dayandırıldı - FOTO
Quba rayonunun Qrız kəndində yeni orta məktəbin inşası zamanı orta əsrlərə aid qutu qəbirlər və saxsı nümunələr aşkar olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, Dövlət Xidmətinin regional idarəsinin əməkdaşları əraziyə baxış keçirib və qazıntı işləri dayandırılıb.
Əraziyə arxeoloqların baxış keçirməsi üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunacaq.
Qeyd edək ki, ötən gün Qubada məktəb tikintisi zamanı tarixi abidə aşkar edildiyi üçün kənd sakinləri tikintinin dayandırılmasını istəyiblər.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52