Azərbaycanda turizm haqqında YENİ QƏRAR
Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib.
Adalet.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən "Turizm haqqında" qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: "Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Yeni qanun layihəsi hazırlanıb və hökumət daxilində müzakirəyə təqdim olunmağa hazırdır. 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb".
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

