Azərbaycanda unun son topdansatış qiymətləri AÇIQLANDI
Fevralın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 27-27,35 manat civarında dəyişib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Tovuz şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,9-27,3 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 27,1 manat olmaqla Sumqayıt şəhərində, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.
Digər Xəbərlər
26 Sentyabr 2026 09:45
Daxili siyasətin əsas prioritetlərindən biri açıqlandı
26 Sentyabr 2026 09:30
Azərbaycana 350 milyard dollar investisiya yatırılıb
25 Sentyabr 2026 21:21
II Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatdı
25 Sentyabr 2026 13:58
TRİPP mühüm vasitədir - Diplomat
25 Sentyabr 2026 12:58
AIIF çərçivəsində 12 sənəd imzalandı - YENİLƏNİB
25 Sentyabr 2026 12:03
"Öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik" - Nazir
25 Sentyabr 2026 08:51
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir"
24 Sentyabr 2026 22:26


Bakı -°C

