Azərbaycanda "yaşıl subsidiya"lar tətbiq olunacaq
Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn ildən müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası veriləcək.
Adalet.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, təkrar əkinlərə görə əkin subsidiyası 2025-ci ildən etibarən yalnız suvarılan ərazilərdə aparılan əkinlərə şamil olunacaq.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Tərəflər Konfransının (COP29) çağırışları nəzərə alınaraq, iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadəni və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə əlavə əkin subsidiyası veriləcək", - məlumatda deyilir.
Həmçinin, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, 1 hektara minimum 1 500tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası təyin olunub.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib.
Digər Xəbərlər
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55
Prezidentlə xanımı Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldular - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 11:27
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
17 Sentyabr 2026 11:05
Bu il neçə üçəm doğulub?
16 Sentyabr 2026 16:13
Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi
16 Sentyabr 2026 12:18
Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
16 Sentyabr 2026 10:09


Bakı -°C

