Azərbaycanda yeni informasiya sistemi yaradılır
Azərbaycanda "Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)" informasiya sistemi yaradılacaq və dövlət rüsumları "e-bildiriş" əsasında ödəniləcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş"in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, "e-bildiriş" dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydaları, "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Digər Xəbərlər
30 Aprel 2026 11:13
“Texnoloji çağ internet inqilabı ilə başladı”
27 Aprel 2026 12:41
TikTok gənclərin düşüncə tərzini necə dəyişir?
23 Aprel 2026 16:49
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir
23 Aprel 2026 10:02
Türkiyə də uşaqlara sosial medianı qadağan etdi
20 Aprel 2026 16:34
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı
20 Aprel 2026 10:31
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
14 Aprel 2026 15:43
Bakcell-in baş icraçı direktoru vəzifəsindən ayrıldı
13 Aprel 2026 09:30


Bakı -°C

