Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
"Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik. Artıq bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əhatə edən Vergi Məcəlləsi olacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, Vergi Məcəlləsində bu il həyata keçirilən dəyişikliklər, təqdim olunan dəyişiklik layihəsi sahibkarlığın heç bir növündə vergi yükünün artırılmasına gətirib çıxarmır: "Əksinə, ölkədə iri investisiya qoyuluşunun, xüsusilə, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına investisiya qoyuluşunun, dövlət-özəl tərəfdaşlıq çərçivəsində özəl tərəfdaş qismində çıxış edən investorların ölkəyə investisiya qoyuluşunun təşviq edilməsinin vergi yolu ilə dəstəklənməsini nəzərdə tutan dəyişiklikləri misal göstərə bilərik. Biz hər il olduğu kimi, investisiyaların cəlb edilməsini yalnız vergi təşviqi yolu ilə deyil, həm də qanunsuz sahibkarlarla düzgün, effektiv mübarizə yolunun mümkün olduğunu vurğulayırıq və vergi qanunvericiliyinə dəyişiklikdə mütləq inzibatçılıq alətlərini təkmilləşdiririk".
Digər Xəbərlər
07 Avqust 2026 16:51
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
07 Avqust 2026 16:15
Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi
07 Avqust 2026 11:51
Qızıl və gümüş bahalaşdı
07 Avqust 2026 11:00
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA - VİDEO
07 Avqust 2026 10:48
“Bu Ermənistanda konstitutsiya dəyişikliklərin nə zaman reallaşacağından asılı olacaq...”
06 Avqust 2026 12:05
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
06 Avqust 2026 11:05
Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək? – Millət vəkili açıqladı
06 Avqust 2026 09:49


Bakı -°C

