Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 34 milyon 289 min ABŞ dolları təşkil edib.
Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü illə müqayisədə 22,6 % azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,8 %-dən 9,5 %-ə düşüb.
9 ay ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 343 milyon 888 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 48,4 %-dən 40,5 %-a düşüb.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.
Digər Xəbərlər
12 Yanvar 2026 15:19
Məzuniyyətə görə pul almaq olar? - AÇIQLAMA
12 Yanvar 2026 14:07
“Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək”
12 Yanvar 2026 12:16
"İranda siyasi risklərin iqtisadi anatomiyası"
12 Yanvar 2026 09:54
Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək
11 Yanvar 2026 15:43
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI - FOTOLAR
09 Yanvar 2026 16:14
Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salındı
09 Yanvar 2026 12:15
Azərbaycanın neft hasilatının azalması təsadüfdür, yoxsa zərurət və bu proses hara gedir?
09 Yanvar 2026 10:49


Bakı -°C

