Məzuniyyətə görə pul almaq olar? - AÇIQLAMA
İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin əsas şərtlərindən biri işçinin məzuniyyət hüququdur. Belə ki, rəsmi əmək müqaviləsi ilə işləyən hər kəsə 21 gündən az olmayaraq ödənişli məzuniyyət verilir. Bəzən isə işçilər məzuniyyət götürmək istəmir, əvəzində kompensasiya istəyirlər. Bəs bu necə tənzimlənir?
Adalet.az xəbər verir ki, işçilərin məzuniyyətə çıxmaması Konstitusiyada əks olunmuş istirahət hüququnun pozulması deməkdir. Eyni zamanda əməyin mühafizəsi qaydalarına ziddir.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi xidmətinin əməkdaşı Namiq Ağayev bildirib ki, hazırda işçinin məzuniyyətə çıxmayıb kompensasiya istəməsi mümkündür:
"Müvafiq iş yerində istənilən səbəbdən işçi tərəfindən əmək məzuniyyətindən istifadə edilmədikdə həmin iş yerinə görə işə götürən tərəfindən müvafiq qaydada kompensasiya ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsi və kompensasiyanın ödənilməməsi görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər cərimə edilə bilərlər".
Digər Xəbərlər
14 Fevral 2026 17:44
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
14 Fevral 2026 12:34
Marketlərin qiymət "oyunu"...
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05


Bakı -°C

