"Azərbaycanı təmsil edən idmançı mərsiyə sədaları altında meydana çıxır" - Deputat
“Konstitusiyada Azərbaycan dövlətinin prinsipləri əks olunub. Bunlardan biri Azərbaycanın dünyada unitar dövlət olması prinsipidir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Son zamanlar cənubda, qərbdə azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdə çox mənfi istiqamətlərdə Azərbaycana təsir göstərilir. Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil. Adicə bu yaxınlarda qaydasız döyüş üzrə bir idman yarışı keçirildi. Baxırsan ki, Azərbaycanı təmsil edən idmançı artıq uvertüra ilə, cəngi sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Beləliklə özünün dini ideoloji təbliğatını aparır. Bura gələndə də Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirir. Biz hamımız isə bunu sakitcə müşahidə edirik", - deyə deputat bildirib.
Digər Xəbərlər
28 Iyul 2026 13:05
Putin və İlham Əliyev telefonla danışdı - YENİLƏNİB
28 Iyul 2026 11:49
"Buna son qoyulmalıdır" - Azərbaycan XİN-dən Zaxarovaya cavab
28 Iyul 2026 11:20
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
28 Iyul 2026 10:59
Tramp A. Hamadehin Azərbaycan yazısını paylaşdı
28 Iyul 2026 09:59
“İran Rusiyaya dronları dəniz vasitəsilə göndərib”
27 Iyul 2026 16:45
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
27 Iyul 2026 10:33
“Onlardan ən çox müzakirə olunan nümunələrdən biri Adolf Eyxman işidir...”
27 Iyul 2026 10:23


Bakı -°C

