Azərbaycanın döyüş təyyarələri “Anadolu Ankası – 2026” təlimində - VİDEO
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra edilib.
Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiş tapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinə nail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.
Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edir.
Digər Xəbərlər
25 May 2026 12:38
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək
25 May 2026 10:57
"Loft Dent"in direktoru ilə bağlı AÇIQLAMA
25 May 2026 10:34
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib
25 May 2026 09:05
Daha 535 nəfər Şükürbəyliyə döndü
24 May 2026 23:45
Leyla Əliyevanın iştirak etdiyi toyun sahibi bəlli oldu - VİDEO
24 May 2026 23:21
Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın - XƏBƏRDARLIQ
24 May 2026 19:00
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
23 May 2026 23:31


Bakı -°C

