11 Dekabr 2023 10:29
5799
MÜSAHİBƏ, İQTİSADİYYAT

"Azərbaycanın inkişafına “Galt & Taggart” ın qeyri-ciddi münasibəti..." - İqtisadçı ilə MÜSAHİBƏ

Bildiyiniz kimi, “Galt & Taggart” növbəti dəfə Qafqaz dövlətləri arasında müqayisələr aparıb və hesabat hazırlayıb. Hesablamalara görə, 2023-cü ildə Gürcüstan adambaşına düşən gəlirə görə Cənubi Qafqazda liderlik yolundadır. Ermənistan bu siyahıda 2-ci, Azərbaycan 3-cü yeri bölüşüb.

Məsələnin araşdırılması ilə bağlı mütəxəssis fikrinə ehtiyc olduğu üçün  iqtisad üzrə fəlsəfə doktoru, ekspert Cavid İsmayıla üz tutduq. Adalet.az-ın suallarına ekspertdən ətraflı cavabları oxucularımızın diqqətinə çatdırırıq: 


- Cavid müəllim, “Galt & Taggart” hesabatına və beynəlxalq analitiklərin fikrincə, larinin sabit məzənnəsi istehlakçı və biznes əhval-ruhiyyəsinə müsbət təsir göstərir, bunun nəticəsində biznes fəallığı və özəl sektorun istehlakı sürətlənir, onların ÜDM-ə töhfəsi artır. Analitiklər onu da qeyd edirlər ki, ilin sonuna qədər Gürcüstanda adambaşına düşən ÜDM 8108 dollar, Ermənistanda 7885 dollar, Azərbaycanda isə 7530 dollar təşkil edəcək.  Bu fikir nə qədər gerçəyi ifadə edir?

-İlk olaraq baxaq görək “Galt & Taggart” nə təşkilatdır. Qısaca olaraq internet resursdan araşdıraraq məlum olur ki, illər öncə Gürcüstanda yaradılmış investisiya bankçılığı və investisiyaların idarə edilməsi şirkətidir. Eyni zamanda şirkət aktivlərin və məliyyə sərvətlərinin idarə edilməsi, brokerlik və tədqiqat sahələrində xidmətlər göstərir. Firma həmçinin maliyyə restrukturizasiyası, mürəkkəb maliyyə və qiymətləndirmə sahələrində korporativ məsləhət xidmətləri göstərir.
Onu da qeyd edim ki, bu şirkətin fəaliyyət sahəsi keçmiş possovet ölkələrində eyni zamanda Ukraynada fəaliyyətdədir.
Gürcüstan və Ukrayna da fəaliyyət göstərən bu qurumun maliyyə dəstəyini bir yana qoysaq və bu gün bütün sahələrdə atılan addımların dünya siyasətinə təsir edən qüvvələrin məhs siyasi maraqlarından formalaşmasını da aydın sezmək mümkündür. Bununla bərabər qeyd edim ki, “Galt & Taggart” dünya miqyasında maliyyə qurumu kimi ciddi bir qurum deyil. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı ilə Ermənistan və Gürcüstan iqtisadiyyatını eyniləşdirməyin özü yanlışdır.

-Hansı faktlara söykənərək, “Galt & Taggart” hesabatını da qeyri-ciddi hesab etmək olar?


- İndi gələk ÜDM - ya.(ÜDM -Ümumi Daxili Məhsul-red-Ə.R. ) Nəinki Cənubi Qafqazda ümumiyyətlə keçmiş possovet ölkələrini götürənda Azərbaycan Respublikasında iqtisadiyyatın inkişaf dinamikası öncüllərdəndir. Son 20 ilə nəzər salsaq görərik ki, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb. Eyni zamanda qeyd edim ki, ümimlikdə, ölkənin ÜDM-i artdıqca bu aspekdə artıma nail olmaq o qədər də sadə deyil.
Eyni zamanda statistik rəqəmlərə nəzər salsaq, görərik ki, cari ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanda 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

- Hazırda Azərbaycanda ÜDM-yə xarici təsirlər varmı?Əgər varsa bu nədən ibarət ola bilər? 


-Bu gün xüsusəndə geosiyasi vəziyyət çox gərgindir və görünən odur ki, hələ bu gərginlik bir müddət uzanacaq. Belə ki, regionda Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan qonşu ölkələrdən Rusiya Federasiaysı və İran beynəlxalq sanksiyalar altındadırlar ki, bununda təsiri gözə çarpacaq qədərdir.
Lakin ən başlıcası odur ki, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf tempini heç bir xarici asılılıq olmadan şaxələndirmə yolu ilə uğurla davam etdirir. Ən vacib amillərdən biri odur ki, neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsini bu gün də təşkil etsə də, aparılan sistemli islahatlar nəticəsində ölkə iqtisadiyyatının neft və qaz sektorundan asılılığının azalmasına nail olub. Onuda qeyd edim ki, bu aparılan islahatların prioritetində duran amillərdəndir.

- Ölkə böyük bir savaşdan çıxıb, bir yandan da azad edilmiş ərazilərdə böyük tikinti bumu fəaliyyət göstərir. Bütün bu proseslərin gedişatında əlbəttə ki, bəzi çatışmazlıqların olması, xüsusən ÜDM zəifləməzsi tarixi bir prosesdir.Tarixə baxsaq, müharibədən çıxmış hər bir ölkədə çatışmazlıqlar mümkündür...Yəni, əgər ölkədə ÜDM zəif olsa belə, xarici investisiya şirkətləri bunu faciə kimi qeyd etməməlidir. 


-44 günlük savaşdan biabırçı məğlubiyyətə uğruyan, adda müstəqil olsa da, əsasən tam olaraq xüsusən də, həm siyasi həm də ki, iqtisadi cəhətdən Rusiyadan asılı olan, xarici iyanələrlə yaşayan və daxili iqtisadi infrastrukturunun əsas istiqamətləri bir başa olaraq Rusiyanın mülkiyyətində olan dilənçi bir ölkə ilə-Ermənistanla və dövlət büdcəsinin əsas hissəsinin yüklü miqdarın formalaşmasında Azərbaycanın böyük payı olan dost Gürcüstanla  Azərbaycan müqayisə edilməməlidir. Azərbaycan hər bir xüsusda  adıgedən ölkələrdən yüksəklikdədir. İndi qısa olaraq bəzi məqamlara nəzər salaq. Cənubi Qafqazda Azərbaycan ən böyük əraziyə məxsusdur. Eyni zamanda əhali sayı Gürcüstan və Ermənistanı birlikdə götürsəniz Azərbaycanın əhali sayı 1.5% dən çoxdur.

- Cavid müəllim, artıq heç kimə gizli deyil ki, Ermənistan büdcəsi erməni lobbiçilərinin topladığı ianələrlə ayaqda qalır.


-Bəli! Bundan başqa Cənubu Qafqaz ölkələrini müqayisə etsək digərlərindən fərqli olaraq Azərbaycanda siyasi stabillik var, Azərbaycan xarici kreditlərdən asılı bir ölkə deyil, son 20 ilə nəzər salsaq aparılan iqtisadi inkişaf nəticəsində əhalinin yoxsulluq səviyyəsində yaşayanların faiz etibarı ilə müqayisədə 50 faizdən 5.5 faizə endirilib. Azərbaycan diqərlərindən fərqli olaraq xarici borclarını birdəfəyə istənilən vaxt bağlamağa qadir olan bir qüdrətli iqtisadiyyatı olan ölkədir. Gürcüstan və Ermənistanın strateji valyuta ehtiyatlarını birlikdə götürsək Azərbaycanın strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə onlardan çoxdur. Son 20 ildə respublikamızın strateji valyuta ehtiyatları 41 dəfədən çox artaraq 1,6 milyard dollardan 65,9 milyard dollara yüksəlib.  2023-cü ilin rəqəmlərinə diqqət edək:Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri və xərcləri artırılıb. Beləki, Prezident İlham Əliyevin  imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında"   Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman Qanunda əksini tapıb. Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30774,0 milyon manatdan 33890,5 milyon manata, xərcləri 33353,3 milyon manatdan 36624,8 milyon manata qaldırılıb. Dövlət büdcəsi xərclərinin məbləği 36624,8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3271,5 mln. manat və yaxud 9,8% çoxdur. Demək ki, xarici şirkətlərin yürütdüyü fikrin əksinə olaraq Azərbaycan iqtisadi yüksəliş yolundadır.

- Hörmətli ekspert oxucularımıza çatdırdığınız ətraflı məlumatlara görə sizə təşəkkür edirik!

 Söhbətləşdi: Əntiqə Rəşid