adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2026 10:52
53
SİYASƏT
A- A+

"Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir" - Dövlət başçısı

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.

Adalet.az  xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.