24 Oktyabr 2024 15:36
300
DÜNYA

"Azərbaycanın logistika dəhlizlərinin inkişafında rolu çox vacibdir" - Putin

Rusiya prezidenti Vladimir Putin Avrasiyada beynəlxalq logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolunu qeyd edib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Həqiqətən, siz kifayət qədər dəqiq qeyd etdiniz ki, Azərbaycanın xüsusən də logistika dəhlizlərinin inkişafında rolu çox vacibdir", - Putin deyib. 

O, xüsusilə Azərbaycan, Rusiya və digər BRİKS ölkələri arasında ticarətin artmasına diqqət çəkib ki, bu da qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsidir.