Azərbaycanın qatı düşməni həbs edildi: Rusiyalı milyarder
2020-ci ilin dekabrında İş adamı Qarabağdakı uğursuz fəaliyyətə görə hökumətin istefa verməsini, hakimiyyətin qansız dəyşidirilməsini vacib sayır və Nikol Paşinyanı istefaya səsləyirdi. O, baş nazirin siyasətinin iflasa uğradığını dilə gətirirdi.
Bu o Samvel Karapetyandır ki, dəfələrlə “Forbes” və “Bloomberq“ jurnallarında ilin milyarderləri siyahısında adı çıxıb. Azərbaycan isə onu ”Qarabağa qanunsuz yollarla silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimatlar daşıdığına görə tanıyır. Hətta Tovuz döyüşlərindən həmən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsində Rusiyada yaşayan bu 3 milyarderin : Samvel Karapetyanın , Ara Abramyanın, Ruben Vardaryanın adı hallanır. S. Karapetyanın bütün bu işlərə görə ittiham olunaraq Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verilib.
Adalet.az xəbər verir ki, Ermənistan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları rusiyalı biznesmen S.Karapetyanı hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham edərək saxlayıblar. Arxasını Rusiyaya söykəyən Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarılıb.
Ermənistanın sabiq prezidenti Robert Köçəriyan məsələ ilə bağlı açıqlama verib: "Samvel Karapetyanın başına gələnlər cibpərvər məhkəmə sisteminin növbəti biabırçı hərəkəti idi. Nəticələri həm diasporda, həm də Ermənistanda böyük olan böyük investorun və xeyriyyəçinin Erməni Apostol Müqəddəs Kilsəsinin müdafiəsi üçün heç bir əsas olmadan həbsxanaya atılması milli biabırçılıqdır".
Bu biabırçı vəziyyətdən yeganə çıxış yolu hakimiyyət dəyişikliyidir, əks halda dövlətçiliyimiz üçün gözlənilməz nəticələrlə sürətlə total diktaturaya doğru sürüşürük".
Xatırladaq ki, Samvel Karapetiyan bir neçə gün əvvəl müsahibəsində demişdi ki, "Mən həmişə erməni kilsəsinin və erməni xalqının tərəfində olmuşam. Siyasətçilər uğursuzluğa düçar olarsa, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə edəcəyik".
Ümid edək Paşinyan hakimiyyəti Robert Köçəryanı, Serj Sarkisyanı Azərbaycana təhvil verərkən Samvel Karapetiyanı da unutmayacaq...
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41
İlham Əliyev Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik etdi
23 Oktyabr 2026 12:07
Hafiz İsmayılbəyli VƏZİFƏSİNDƏ QALDI
23 Oktyabr 2026 11:56


Bakı -°C

