Azərbaycanın səyləri regionda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb

Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Onun sözlərinə görə, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır:
"Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb".
C.Bayramov bildirib ki, mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir:
"Formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyinin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb".
Digər Xəbərlər

Ərdoğan Azərbaycana gəldi - FOTOLAR + YENİLƏNİB

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTOLAR

TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra sənədlər təsdiqlənib

Dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyiş əldə olunub

XİN rəhbərləri Qəbələdə toplaşdılar - YENİLƏNİB + FOTOLAR

Nazir: Azərbaycan uzun illərdir Avropada enerji təhlükəsizliyinə töhfə verir

Ceyhun Bayramov: TDT dinamik və regional mərkəzə çevrilib
