18 Yanvar 2025 14:11
129
SİYASƏT

Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti bərpa olunacaq

Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir 2012-ci ildən bəri Azərbaycanın Suriyada heç bir diplomatik fəaliyyətinin olmadığını bildirərək deyib: “Lakin qısa müddət öncə Azərbaycan nümayəndə heyəti Suriyaya səfər edib, Suriyanın xarici işlər naziri və digər aidiyyəti şəxslərlə görüşlər keçirib. Bu görüşlərdə Azərbaycanın oradakı diplomatik missiyasının bərpası ilə bağlı niyyəti ifadə olunub”.