Prezident Hakan Fidanı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Adalet.az xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

"Azərbaycan Şimali Makedoniya üçün cəlbedici ölkədir" - Deputat

Cənubi Qafqazdan Balkanlara: “Azərbaycan Şimali Makedoniya üçün cəlbedici ölkədir”

Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ

“Şimali Makedoniya-Azərbaycan iqtisadi əlaqələri üçün geniş imkanlar mövcuddur”

İlham Əliyev İƏT-in Baş katibini qəbul etdi - YENİLƏNİB

Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib

Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
