Yolun ortasında sürücünü beysbol dəyənəkləri ilə döyənlər HƏBS EDİLDİ
Bakıda yolun ortasında sürücünü beysbol dəyənəkləri ilə döyənlər həbs edilib.
Adalet.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları (beysbol dəyənəkləri-red.) ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
Digər Xəbərlər
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14


Bakı -°C

