Azərbaycanla BƏƏ bu sahədə əməkdaşlıq edəcək
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, memorandum bu il sentyabrın 16-da Şuşa şəhərində imzalanıb.
Digər Xəbərlər
17 Noyabr 2025 19:10
Ceyhun Bayramov: Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşları ilə əməkdaşlığa sadiqdir
17 Noyabr 2025 17:53
GEOSİYASİ PROSESLƏRƏ TƏSİR ETMƏK GÜCÜNDƏ OLAN YENİ BİRLİK FORMALAŞIR
17 Noyabr 2025 17:28
İlham Əliyevdən FƏRMAN
17 Noyabr 2025 15:38
"412 nəfər mina qurbanı olub" - XİN
17 Noyabr 2025 14:15
Türkiyə MMN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
17 Noyabr 2025 13:04
“Azərbaycan Mərkəzi Asiyanı regional və beynəlxalq proseslərin daha fəal iştirakçısına çevirəcək”
17 Noyabr 2025 11:49
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
17 Noyabr 2025 11:42


Bakı -°C

