adalet.az header logo
  • Bakı -°C
02 Iyun 2026 09:44
43
DÜNYA
A- A+

"Azərbaycanlı həmkarım məni Azərbaycana dəvət edib" - Simonyan

"Dəvət edilsəm və fürsət olarsa, Azərbaycana gedəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm".

Adalet.az xəbər verir ki, bunu seçkiqabağı debatlarda Vətəndaş Müqaviləsi Partiyasından parlamentə namizəd və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

"Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni ziyarətə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumda iştirakdan imtina etdim", - deyə Simonyan qeyd edib.