Azərbaycanlı iş adamı Türkiyədə ürəyindən güllələndi- VİDEO

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Ahmet Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisə Ankarada baş verib.
Adalet.az xəbər verir ki, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb. Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə dəyib.
Hadisə yerinə dərhal polis və təcili yardım cəlb edilib. Dikbaş hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub.
Azərbaycanlı iş adamı Şamil Xalid isə Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Digər Xəbərlər

Narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı - VİDEO

"Soyundurub videoya çəkdilər" - Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər

Bakıda silah-sursat aşkarlandı

Naxçıvanda evdən 22 mindən çox pul oğurlandı

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib

12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutuldu
