"Sinif yoldaşı zəng etdi, erkən nikahın qarşısı alındı" - VİDEO

9-cu sinif şagirdi uşaq qaynar xəttinə müraciət edərək, sinif yoldaşının ailəsi tərəfindən zorla erkən nikaha məcbur edildiyini bildirib.
Adalet.az-ın məlumatına görə, bunu “Xəzər Xəbər”ə açıqlamasında uşaq qaynar xidmətinin rəhbəri Kəmalə Aşumova bildirib.
Onun sözlərinə görə, müraciət demək olar ki, həllini tapıb, 9-cu sinif şagirdi həmin qız isə təhsilini normal qaydada davam etdirir.
Kəmalə Aşumova bildirib ki, ilin əvvəlindən uşaq qaynar xəttinə 2-mindən çox müraciət daxil olub. Uşaqlar və valideynlər qarşılaşdıqları problemlərlə bağlı müxtəlif müraciətlər ediblər. Müraciətlərdən biri isə qız uşağına anası tərəfindən edilən zorakılıqla bağlı olub.
Qeyd edək ki, 116111 uşaq qaynar xətti 24 saat fəaliyət göstərir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Digər Xəbərlər

"Azərbaycan Dəmir Yolları"nda YENİ TƏYİNAT
jpg-1747135778.jpg)
Azərbaycandilli nəşrlərə qadağa?: Molla-Fars rejiminin qorxusu

Yaşar Gülər Şəhidlər Xiyabanı və Zəfər parkını ziyarət edib

Prezident informasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədrini dəyişib

"Bu insanların sınmış həyatlarını, taleyini gündəlik görürük" - General

"Saxta yollarla tələbə adını qazanan şəxslərə asanlıqla viza verilir" - Deputat

19 ildə insan alverinə görə 552 qadın, 98 kişi məsuliyyətə cəlb edilib
