13 May 2025 14:45
178
SİYASƏT

Seyfulla Əzimov Milli Məclisdə hesabat verəcək

Xəbər verdiyimiz kimi, mayın 16-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Adalet.az-ın məlumatına görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunacaq.

Sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.