13 May 2025 20:12
98
HADİSƏ

FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub

2025-ci ilin I rübündə Azərbaycanda baş vermiş yanğın hadisələrinin 403-ü ilə bağlı təhqiqat aparılıb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarında deyilir.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 54 nəfər xəsarət alıb. Bu da 2024-cü ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 16%, xəsarət alanlar üzrə 34 nəfər və ya 39% azdır.