13 May 2025 21:00
418
DÜNYA

ABŞ-nin xüsusi elçisi: Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə, mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, - o deyib.