Gəncədə partlayışla bağlı araşdırmalara başlanıldı
Mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsini 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib
İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır
Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.
Digər Xəbərlər
13 Dekabr 2025 17:34
İtkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
13 Dekabr 2025 15:58
Şirvanda hamamda yıxılan qadın öldü
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37
Bacısının yasından qayıdırdı, digər bacısının da həyatına son qoydu
11 Dekabr 2025 15:23
İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu
11 Dekabr 2025 14:10


Bakı -°C

