13 May 2025 12:05
99
GÜNDƏM

"Bu insanların sınmış həyatlarını, taleyini gündəlik görürük" - General

"İstərdim ki, sığınacaqlarla bağlı fikrimi bildirim. Neçə ildir bu məsələ üzrə danışıqlar aparırıq. Bizim idarənin nəzdində olan sığınacaqda bu illər ərzində 300-350 nəfərdən çox qurban yerləşdirilib. İnsanlar olub ki, 3-4 il orada yaşayıblar".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib.

"Məcburi əməklə bağlı insanlar olub ki, Sovetlər birliyi dağılanda Rusiyadan köçüb Bakıya gəliblər. Heç bir sənədi yoxdur. Məcburi əməklə bağlı 2 xanım olub ki, onlar Ukraynada anadan olublar. Rusiya-Ukrayna müharibəsi ilə bağlı həmin ərazilər zəbt olunub. Onların doğum haqqında şəhadətnaməsi, sənədi yoxdur. Bilirsiz ki, məhkəmə, istintaq orqanında hər bir şəxsin təsdiqedici sənədi olmalıdır. Belə problemlərlə üzləşmişik. Bu insanların sınmış həyatlarını, taleyini gündəlik görürük", - deyə general bildirib.