Azərbaycanlı oğru Türkiyədən deportasiya edildi
Azərbaycanlı oğru Rafət Əmirov (Rafət Əli Bayramlı) Türkiyədən deportasiya olunub.
Adalet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə yaxın günlərdə baş verib.
Rafət Əmirov uzun müddət idi ki, Türkiyədə məskunlaşmışdı. Lakin bir müddət əvvəl oranı müvəqqəti tərk edib. Geri dönəndə isə miqrasiya polisi tərəfindən saxlanılıb. O, Türkiyədən deportasiya edilib və bu ölkəyə girişi ömürlük məhdudlaşdırılıb.
Rafət Əmirov 1979-cu ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da oğru titulu alıb.
Kriminal mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Rafət Əmirova oğru titulu verilən toplantıda Azərbaycanın kriminal dünyasının tanınmış simaları olan Arif Mehdiyev (Arif Sumqayitski), Yunis Nəzərov (Yunis Yasamalski) və Namiq Səlifov (Namiq Bakinski) iştirak edib. Həmin vaxt həbsdə olan Nadir Səlifov (Lotu Quli) da "Skype" vasitəsilə "sxodka"ya qatılıb.
Rafət Əmirovu taclandıran oğrulardan Nadir Səlifov istisna olmaqla digərləri həyatdadır. Nadir Səlifov isə 2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilib.
Digər Xəbərlər
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

