Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb - VİDEO
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun 8 milyon avro mükafatına layiq görülüb. Bu mükafat Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diaspor fəaliyyətində xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5 milyon avro mükafata layiq görülüb.
Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibə verib. Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:
Digər Xəbərlər
27 Iyun 2026 13:40
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
27 Iyun 2026 10:16
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
27 Iyun 2026 10:11
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
26 Iyun 2026 22:15
Mürsəl İbrahimov: “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - VİDEO
26 Iyun 2026 21:40
Xidmət rəisi Mürsəl İbrahimov “neqodnı” olan vətəndaşlara çağırış etdi
26 Iyun 2026 21:30
Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı rəsmi açıqlama
26 Iyun 2026 15:10
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
26 Iyun 2026 12:20


Bakı -°C

