“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim etdi - Foto
AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib.
Adalet.az xəbər verir ki, xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.
“Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqının birlik və iradəsini, Vətən uğrunda döyüşən qəhrəman oğullarımızın şücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını və müdrik siyasətin təntənəsini simvolizə edir.
Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi Memorial Kompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsidir. Zəfər Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi simvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü, onun daşıdığı ağac azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir.
Sikkə üzərində yer alan “8” təsviri, Prezident–Xalq–Ordu birliyi ilə tarixiləşən 8 Noyabr - Zəfər Gününü əks etdirir. Dövlət rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini və əbədiliyini vurğulayır.
Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilən qızıldan limitli sayda, hər çeşid üzrə - 200 ədəd olmaqla 5,10, 20 qram və 1 unsiya çəkilərində istehsal edilib.
Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.
Digər Xəbərlər
08 Dekabr 2025 17:04
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edildi
08 Dekabr 2025 16:54
Bu Şuraya yeni üzvlər təyin edildi
08 Dekabr 2025 15:21
Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutulmayacaq
08 Dekabr 2025 12:17
Azərbaycanda bu şəxslərə 8 min manatlıq müavinət veriləcək
08 Dekabr 2025 11:39
11 ayda icmal və dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Dekabr 2025 11:36
Qanun dəyişir: Səkkiz min manatlıq müavinət kimlərə veriləcək?
08 Dekabr 2025 10:57
“Bu mexanizmdə kiçik düzəlişlər etməklə işçilərin gəlir itkisi aradan qalxar...”
08 Dekabr 2025 10:17


Bakı -°C

