"AzerGold"la bu institut arasında memorandum imzalandı - FOTO
“AzerGold” QSC ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və İnstitutun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.
Memorandum Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində elmin, iqtisadiyyat və sənayenin inkişafındakı roluna dair müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir. Sənəd hər iki qurumun elm və sənaye arasında əməkdaşlığının yeni mərhələyə keçidini təmin edəcək.
Anlaşma Memorandumu elmi-texniki əməkdaşlığın genişləndirilməsi, yer təkinin tədqiqi sahəsində innovativ fəaliyyətlərin təşviqi, nəcib, əlvan və qara metal filiz yataqlarının geoloji-geofiziki öyrənilməsi, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasına dəstək, eləcə də məsləhət və texniki təlim xidmətlərinin təşkili kimi mühüm istiqamətləri əhatə edir.
Sənəd çərçivəsində ölkə ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qızıl filizləşməsinin tədqiqi və qiymətləndirilməsi, regiondakı qızıl yataqlarının müqayisəli mineraloji və geokimyəvi təhlilinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, innovativ texnologiyaların tətbiqi əsasında həmin ərazilərin müasir geoloji və tektonik xəritələrinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında ilk Anlaşma Memorandumu 2016-cı ildə imzalanıb. Həmin sənəd çərçivəsində institut alimləri tərəfindən istehsalat tullantılarının sənayedə istifadəsi perspektivlərinə dair elmi əsaslandırılmış yanaşmalar hazırlanıb. İnstitutun alim və mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə olunub. Bu əməkdaşlıq nəticəsində ölkənin qızıl yataqları üzrə müasir geoloji-genetik modellər işlənib hazırlanıb və həmin modellər hazırda da “AzerGold” QSC-nin geoloqları tərəfindən proqnozlaşdırma və planlaşdırma proseslərində uğurla tətbiq olunur.
Digər Xəbərlər
28 Fevral 2026 00:10
Leyla Əliyeva Qubada iftar məclisindən görüntülər paylaşıb - VİDEO
27 Fevral 2026 19:37
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı...
27 Fevral 2026 19:15
Füzulinin iki kəndində yeni evlər tikilir
27 Fevral 2026 17:54
Efiopiyanın Baş naziri Səngəçal neft terminalında
27 Fevral 2026 17:42
ANAMA-ya yeni vəzifə həvalə edildi
27 Fevral 2026 17:11
FHN-nin vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib
27 Fevral 2026 15:49
"Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır" - Komitə sədri
27 Fevral 2026 14:19


Bakı -°C

