“Azərpoçt”a məxsus poçt markaları dövriyyəyə buraxılıb - FOTOLAR

18-21 iyul 2025-ci il tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib.
Adalet.az xəbər verir ki, forum çərçivəsində “Azərpoçt” MMC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə dövriyyəyə buraxılan Milli Mətbuatın 150 illiyinə həsr olunmuş poçt markalarının möhürlənməsi həyata keçirilib.
Markalar forumun 2-ci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tərəfindən möhürlənib.
Qeyd edək ki, sözügedən markalardan birinin üzərində Milli Mətbuatın banisi Həsən bəy Zərdabinin portreti və Azərbaycan dilində ilk dəfə nəşr olunan “Əkinçi” qəzetinin yazısı əks olunub. Digər markanın üzərində isə 1881-ci ildə təsis edilmiş “Kaspi” qəzetinin mətbəəsi və həmin qəzetin baş redaktoru, görkəmli publisist və ictimai xadim Əlimərdan bəy Topçubaşovun təsviri yer alıb.
Hər iki marka üzərində “Milli Mətbuat – 150 (1875 – 2025)” qeydinin vurğulanması yubileyin tarixi əhəmiyyətini göstərir.
Markaların dizaynı rəssam Aydın Əsgərova məxsusdur. Markalar Belçika poçtu tərəfindən çap olunub.
Digər Xəbərlər

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirdi

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə səfərdədir - FOTOLAR

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait açıqlandı

Hikmət Hacıyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım

Hər şeyi kadrlar həll edir... - Ələmdar Məmmədov yazır

İstifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi həyata keçiriləcək

Zakir İbrahimov “Yüksəliş”in qalibləri ilə görüşüb - FOTO
