“Azərsun Holdinq” gənclər üçün marketinq müsabiqəsi elan edir
“Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda gənclər arasında keçirilən “Brand Boom” marketinq müsabiqəsi ikinci dəfə təşkil olunur.
Adalet.az xəbər verir ki,“Brand Boom”un əsas məqsədi gənclərdə innovativ düşünmə tərzini formalaşdırmaq, marketinq strategiyalarının hazırlanması və real layihələr üzərində işləmə bacarıqlarını gücləndirməkdir. Ölkədə bu formatda marketinq müsabiqəsi ilk dəfədən böyük maraqla qarşılanıb və geniş iştirakçı auditoriyası toplayıb. Bu səbəblə yenidən təşkil edilir.
“Yaradıcılığın qazandırsın!” şüarı ilə həyata keçirilən “Brand Boom” müsabiqə iştirakçılarına seçilmiş marka üzrə yaradıcı ideyalarını təqdim etmək üçün əlverişli platforma, yaradıcılıq və strateji düşünmə bacarıqlarını kəşf etmək üçün təcrübə, dəyərli hədiyyələr və digər imkanlar təqdim edir. Bununla bərabər qalib komanda “Azərsun Holdinq”də təcrübə keçmək şansı qazanacaq.
Müsabiqədə iştirak etmək üçün gənclərdən komanda formalaşdırmaq, qeydiyyatdan keçmək və innovativ ideyalarını təqdim etmək tələb olunur.
Son qeydiyyat tarixi: 16.02.2026
“Brand Boom” layihəsi haqqında daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün brandboom.azersun.com saytına daxil ola bilərsiniz.
Digər Xəbərlər
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
23 Yanvar 2026 17:02
Beynəlxalq axtarışa verilmiş 40 nəfərin yeri müəyyən olundu
23 Yanvar 2026 17:01
Alena Əliyeva Arzu Əliyevanı təbrik etdi - FOTO
23 Yanvar 2026 17:01
Qız qaçırmaya görə 32 şəxs barədə məsuliyyət tədbirləri görüldü
23 Yanvar 2026 17:00


Bakı -°C

