“Azərsun” Mavi Zonada su ehtiyatlarının dayanıqlığı mövzusunda panel müzakirəsi təşkil edib - FOTOLAR
Ölkəmizdə təşkil edilən COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşə olan “Azərsun Holdinq” müxtəlif təbirlər həyata keçirməyə davam edir.
Bu dəfə adıçəkilən şirkətlər qrupu Mavi Zonada “Suyun dayanıqlılığı və iqlim dəyişikliyi: Kənd təsərrüfatı, infrastruktur və biznesin davamlılığına təsirlər” mövzusunda panel müzakirəsi təşkil edib.
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü, Nailə Mehrabova və xarici ekspertlərin iştirakı ilə kənd təsərrüfatında su ehtiyatlarının dayanıqlı istifadəsi üçün müasir texnologiyalar və atılmalı addımlar müzakirə edilib. Şirkətlər qrupunun rəsmisi “Azərsun”un COP29 çərçivəsində ilk dəfə olaraq Econar, Eco19 startaplarını təqdim etdiyini bildirib və kənd təsərrüfatında su ehtiyatlarının qorunması istiqamətində tətbiq edilməsi nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Müzakirələrin yekununda xarici qonaqlara “Azerçay” tərəfindən xüsusi hədiyyə dəsti təqdim edilib.
Qeyd edək ki, “Azərsun Holdinq” COP29 çərçivəsində gündəlik olaraq daxili pavilyonunda dayanıqlı inkişaf istiqamətində müxtəlif panel müzakirə, təqdimat və çıxışlar təşkil edir.
Digər Xəbərlər
09 Sentyabr 2026 07:35
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
09 Sentyabr 2026 06:59
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
09 Sentyabr 2026 06:44
2027-ci illə bağlı Vanqanın PROQNOZU
08 Sentyabr 2026 12:47
Oyuncaq avtomobillə Bakı yollarında şütüdü - VİDEO
08 Sentyabr 2026 07:56
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
08 Sentyabr 2026 07:38
Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...
08 Sentyabr 2026 07:13
Sürücülər bu mahnılara qulaq asmasın
08 Sentyabr 2026 07:11


Bakı -°C

