“Aztelekom” bu mərkəzləri müasir telekommunikasiya xidmətləri ilə təmin edib
“Aztelekom” MMC korporativ sosial məsuliyyət təşəbbüsləri çərçivəsində yaşlı nəslin sosial rifahının və rəqəmsal imkanlara çıxışının artırılmasına yönəlmiş layihələrə dəstəyini davam etdirir.
Adalet.az xəbər verir ki, bu istiqamətdə “Üçüncü Bahar” İctimai Birliyinin (İB) nəzdində fəaliyyət göstərən YAŞA mərkəzləri ilə əməkdaşlıq çərçivəsində bir sıra texniki və infrastruktur dəstəyi həyata keçirilib.
Görülən işlər çərçivəsində İçərişəhər, Bakıxanov və Mingəçevir YAŞA mərkəzləri müasir telekommunikasiya avadanlıqları ilə tam təchiz olunub, mərkəzlərdə yüksəkkeyfiyyətli internet infrastrukturu qurulub və rəqəmsal xidmətlərə çıxış imkanları genişləndirilib.
Həyata keçirilən bu təşəbbüslər YAŞA mərkəzlərindən faydalanan yaşlı vətəndaşların rəqəmsal savadlılığının və sosial aktivliyinin artırılmasına, onların asudə vaxtlarının daha səmərəli təşkilinə əlavə imkanlar yaradır.
“Aztelekom” MMC cəmiyyətin müxtəlif qruplarını əhatə edən sosial yönümlü layihələrə töhfə verməyə və rəqəmsal inklüzivliyin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır.
Digər Xəbərlər
18 Fevral 2026 12:04
Kadr dəyişikliyi islahat deyil, cənablar!
18 Fevral 2026 10:55
Fitrə zəkatı Ramazan ayının sonunda müəyyən olunur – İlahiyyatçı
17 Fevral 2026 17:30
Audivizual Şuranın mətbuat katibi işdən çıxdı
17 Fevral 2026 16:42
Ultra yüksək tutumlu şəbəkələrlə bağlı qanun layihəsi hazırlandı
17 Fevral 2026 16:11
Azərbaycanla BƏƏ arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir
17 Fevral 2026 15:02
Ruben Vardanyanın buna etiraz etməyə haqqı yoxdur - Politoloq
17 Fevral 2026 11:34
“İnsan olmadan dindar, mömin olmaq mümkün deyil...” - İlahiyyatçı
17 Fevral 2026 11:14


Bakı -°C

