AzTU tələbəsi qol güləşi üzrə dünya çempionu olub - FOTO
Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Rəşad Quluzadə Yunanıstanın Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında iki qızıl medal qazanıb. Belə ki, 78 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Quluzadə həm gənclər, həm də kişilər arasında keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadə ilə görüşüb. Rektor Rəşad Quluzadəni dünya çempionu olması münasibətilə təbrik edib, idman sahəsində hər zaman böyük uğurlar qazanmasını arzulayıb, həmçinin tələbənin dərsləri ilə maraqlanıb.
Digər Xəbərlər
15 Oktyabr 2024 19:00
Millimizin sabiq üzvü birinci liqa klubunda OYNAYACAQ
15 Oktyabr 2024 17:13“Real”ın sabiq futbolçusu baş məşqçi təyin olundu
15 Oktyabr 2024 16:50Meza Kolli "Araz-Naxçıvan"da
15 Oktyabr 2024 09:51Mahir Emreli Azərbaycan millisinin azarkeşlərinə müraciət edib
15 Oktyabr 2024 09:31