“Real”ın sabiq futbolçusu baş məşqçi təyin olundu
İspaniyanın “Real Madrid” komandasının keçmiş futbolçusu Fernando Qaqo Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi təyin olunub.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ildə karyerasını başa vurmuş veteran yarımmüdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Argentinalı mütəxəssis son olaraq Meksikanın "Qvadalaxara" komandasında çalışıb.
Qeyd edək ki, F.Qaqo 2005-2007, 2013-2019-cu illərdə futbolçu kimi "Boka Xuniors"un şərəfini qoruyub. O, İtaliyanın "Roma", İspaniyanın "Valensiya", ölkəsinin "Velez Sarsfild" klublarında da çıxış edib. Veteran oyunçu karyerası ərzində 366 oyun keçirib, 10 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər
15 Oktyabr 2024 19:00
Millimizin sabiq üzvü birinci liqa klubunda OYNAYACAQ
15 Oktyabr 2024 17:32AzTU tələbəsi qol güləşi üzrə dünya çempionu olub - FOTO
15 Oktyabr 2024 16:50Meza Kolli "Araz-Naxçıvan"da
15 Oktyabr 2024 09:51Mahir Emreli Azərbaycan millisinin azarkeşlərinə müraciət edib
15 Oktyabr 2024 09:31